Logo

“STP” Şirkətlər Qrupunun əməkdaşları AzTU tələbələrinə təlim keçib

14.05.2022 12:56 331 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) "”Sumqayıt Texnologiyalar Parkı" Şirkətlər Qrupunda tələbə və məzunların karyera yolu” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim “STP” Şirkətlər Qrupunun əməkdaşları Namiq Ağayev, Sevda Həsənova və Tural Şahbazov tərəfindən aparılıb. Təlimdə AzTU-nun bütün fakültələrindən tələbələr və məzunlar iştirak edib. 

İştirakçılara Şirkətlər Qrupu haqqında ətraflı məlumat verilib. Həmçinin “STP” Şirkətlər Qrupuna daxil olan müəssisələrdə karyera imkanları, təcrübə proqramları və digər vacib məlumatlar da tələbələrin diqqətinə çatdırılıb. 

Təlim zamanı iştirakçılara mövzu ilə əlaqədar test sualları təqdim olunub. Testdən yüksək bal toplayan 5 nəfər mükafatlandırılıb.

Xəbər lenti