Logo

ADNSU-da “Anamın kitabı” tamaşası nümayiş olunub

14.05.2022 14:54 283 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa İli” çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşası nümayiş olunub.

ADNSU-dan bildirilib ki, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərində qələmə aldığı “Anamın kitabı” pyesi əsasında səhnələşdirilən tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra ADNSU-nun rektoru professor Mustafa Babanlı dahi Cəlil Məmmədquluzadənin 1920-ci ildə qələmə aldığı pyesin bu gün də yüksək ideyasına və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıdığını qeyd edib. O, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarına əsəri məharətlə canlandırdıqlarına görə təşəkkürünü bildirib.

Xəbər lenti