Logo

ADPU rəhbərliyi I tədris ili tələbələri ilə silsilə onlayn görüşlərə başlayıb

05.01.2021 19:59 771 baxış
IMG

Yanvarın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi Microsoft Teams platforması üzərindən I tədris ili tələbələri ilə silsilə onlayn görüşlərə başlayıb.

 

3 gün davam edəcək görüşlərdə iştirak üçün ümumilikdə cari tədris ilində ADPU-ya qəbul olunmuş azərbaycanlı və türk tələbələrindən 1000-ə qədəri qeydiyyatdan keçib. İlk görüşdə təxminən 400 nəfər tələbə iştirak edib, yanvarın 6-sı və 7-nə planlaşdırılan növbəti görüşlərin hər birində isə 300 nəfər tələbənin iştirakı gözlənilir.

 

Görüşdə universitetin Sosial və Humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Tədris departmentinin müdiri, dosent Sənan Əliyev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak edib.

 

Qeyd edək ki, ADPU-nun tələbələrlə onlayn əlaqələrini və sosial media hesablarını idarə edən ADPU SMM komandasının təşkil etdiyi görüşün moderatoru universitetin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütәxәssisi Cavid Hüseynovdur.

 

Görüşdə Vətən müharibəsi, yekunlaşan distant tədris semestrinin nəticələri, bu baxımdan xüsusən I tədris ili tələbələrinin üzləşdikləri çətinliklər və universitetlə demək olar ki, canlı əlaqə olmadan virtual mühitdə başladıqları tədris ilinin özünəməxsusluğunun yeni pedaqoji-psixoloji aura yaratması haqqında söz açılıb. Həmçinin yanvarın 11-dən etibarən başlanacaq onlayn imtahan sessiyası ilə bağlı tələbələrlə ətraflı metodiki söhbətlər aparılıb, onları maraqlandıran onlayn ictimai fəaliyyətə, tədris və texniki məsələlərə dair suallar cavablandırılıb.

 

Sonda bütün tələbələrə tədris, imtahan sessiyası, ictimai və şəxsi həyatlarında uğurlar arzulanaraq qeyd olunub ki, ölkəmizdə pedaqoji təhsilin flaqmanı olan ADPU-nun alimləri günümüzün reallığı olan tədrisin məsafədən təşkilinin pedaqoji və psixoloji cəhətdən medotik bazasının yaradılmasında bütün gücü ilə çalışacaq.

Xəbər lenti