Logo

WhatsApp-ın yeni versiyası dizaynı yeniləyib

14.05.2022 21:35 390 baxış
IMG

WABetaInfo portalının məlumatına görə, “WhatsApp”ın inkişaf komandası Statusun yaradılması menyusunda bəzi qrafik dəyişikliklərlə messencerin beta versiyasına yeniləmə təqdim edib .

Mənbənin bildirdiyinə görə, əlavənin 2.22.11.13 nömrəli son versiyasında “Statuslar” dərc edilərkən ifadələr, mətn, şrift və mətn fonunun əlavə edilməsi düymələri ekranın yuxarı sağ küncünə köçürülüb. Əvvəllər bu funksiyalar aşağı sol küncdə yerləşdirilirdi.

Həmçinin, Statusun yaradılması menyusuna sürətli məxfilik parametrləri əlavə edilib - istifadəçilər dərc edilmiş Statusu kimin görə biləcəyini seçə bilərlər.

“WhatsApp”ın 2.22.11.12 versiyası artıq “Android” əməliyyat sistemi ilə işləyən smartfonlarda messencerin beta-testçiləri üçün əlçatandır. Hazırda messencerin stabil versiyasında yenilənmiş menyunun görünmə vaxtı barədə məlumat yoxdur.

Bundan əvvəl Gazeta.Ru bildirmişdi ki, WhatsApp təkmil axtarış funksiyasını alacaq. Filtrləmə seçimləri istifadəçinin qeyd dəftərinə daxil olmayan kontaktlar və həmsöhbətlər, həmçinin oxunmamış mesajlar arasında mesajları axtarmaq imkanı ilə tamamlanacaq.

Mənbə: Gazeta.ru

Xəbər lenti