Logo

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

15.05.2022 14:33 300 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün Bakıda SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahan saat 11:00-da başlanıb və 2 saat davam edib.

İmtahanda 2397 tələbənin iştirakı gözlənilirdi.

Nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahanın keçirilməsi üçün 10 bina, 176 zalı ayrılıb. İmtahanların idarəolunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 227 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 10 bina nümayəndəsi ayrılıb.

Xəbər lenti