“Qafqazın Konservatoriyası” olan Şuşada ecazkar muğamın, könüllər oxşayan Azərbaycan mahnılarının və müxtəlif xalqların musiqilərinin əsl təntənəsi yaşanıb.
Tehsil.biz xəbər verir ki, mayın 14-də V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının sonuncu günündə şəhərin qala divarlarının yanında qurulmuş səhnədə misirli musiqiçi Hamza Namira folk-pop janrında dinləyicilər qarşısında çıxış edib. O, repertuarındakı ən yaddaqalan musiqilərini səsləndirib.
Qeyd edək ki, “Yeni Seyyid Dərviş” kimi qəbul edilən Hamza Namira müasir ərəb musiqisinin ən məşhur simalarındandır.