Logo

İnformatika üzrə fənn olimpiadalarının final turu keçirilib

15.05.2022 17:03 383 baxış
IMG

Mayın 15-də informatika fənni üzrə fənn olimpiadalarının final turu keçirilib. Final turunda 80 şagird iştirak edib.

Tehsil.biz xəbər verir ki, şagirdlərə müxtəlif alqoritmik məsələləri həll etmək üçün aşağı yaş qrupu üzrə 4 saat, yuxarı yaş qrupu  üzrə isə 5 saat vaxt verilib. 

İnformatika fənnindən bütün turlar üzrə qiymətləndirmə IOI (Beynəlxalq İnformatika Olimpiadası) sisteminə uyğun həyata keçirilir.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Xəbər lenti