Logo

Kimya üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasından qazanılan uğur - FOTO

16.05.2022 11:09 433 baxış
IMG

Özbəkistanda kimya fənni üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadası təşkil olunub.

Tehsil.biz xəbər verir ki, elm müsabiqəsində iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər.

Belə ki, BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva və Astara rayonu Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin XI sinif şagirdi Salman Hüseynov bürünc medala layiq görülüb.

Xəbər lenti