Logo

Ötən ilin son ayında BŞTİ-yə 1 152 müraciət daxil olub

06.01.2021 14:21 70 baxış
IMG

2020-ci ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 152  müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 251 zəng qəbul edilib.

 

Ötən ay BŞTİ-yə 749 sənəd (vətəndaşlar tərəfindən 151 ərizə, Təhsil Nazirliyindən 111, digər qurumlardan 150, məktəblərdən 229 məktub, 25 strukturdaxili yazışma və 83  kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 152 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Xəbər lenti