Logo

Lənkəranda məktəbin anbarından oğurluq edilib - FOTO

16.05.2022 12:45 118 baxış
IMG

Lənkəranda təhsil müəssisəsindən oğurluq olub. 

Tehsil.biz Oxu.Az-a istinadən xəbər verir ki, söhbət Liman şəhər 2 saylı tam orta məktəbdən gedir. 

İlkin məlumata görə, məktəbin anbarından edilən oğurluğun ümumi dəyəri 200 manatdan çoxdur. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər 2 saylı tam orta məktəbin anbarından oğurluq edən şəxsin kimliyi müəyyən edilib:

“Ümumi dəyəri 400 manat olan 2 ədəd soba və dəmir barmaqlıları, Nərimanabad qəsəbəsindəki yaşayış evlərindən birinin həyətindən 1 ədəd su nasosu oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini Rəşad Salayev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır”.

Xəbər lenti