Logo

Məktəblilər üçün “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib - FOTO

16.05.2022 12:57 313 baxış
IMG

Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qarabağlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Mərkəzi Xəstəxanasının, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərləri barədə geniş məlumatlar verib. "Ağ ölümün” cəmiyyət üçün törətdiyi fəsadlardan danışan şöbə rəisi, onun qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu bildirib.

Daha sonra narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan şöbə rəisi, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti