Logo

Azərbaycan və İran arasında kitab sənayesi və ədəbiyyat sahəsi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTO

16.05.2022 14:24 400 baxış
IMG

Azərbaycan İran İslam Respublikasında təşkil olunan 33-cü Tehran Beynəlxalq Kitab sərgisində iştirak edir. 

Tehsil.biz xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli ilə Tehran Beynəlxalq Kitab Sərgisinin vitse-prezidenti, İran Kitab və Ədəbiyyat Evinin direktoru Ali Ramezani arasında görüş təşkil olunub. 

Görüşdə iki ölkə arasında kitab sənayesi və ədəbiyyat sahəsi üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub. 

Bakı və Tehran beynəlxalq kitab sərgilərində qarşılıqlı fəaliyyət və nəşriyyat evlərinin təmsil olunması, kitab sənayesi sektoru üzrə əməkdaşlıq, ədəbiyyat sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycan və İran yazarlarının əsərlərinin tərcümə mübadiləsi müzakirəyə çıxarılan əsas məsələlərdən olub. 

33-cü Tehran Beynəlxalq Kitab Sərgisi may ayının 21-ə kimi davam edəcək.

Xəbər lenti