Logo

THBAM layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

16.05.2022 15:38 332 baxış
IMG

Azərbaycan Dillər Universiteti koordinatorluğu ilə təşkil olunan THBAM layihəsi çərçivəsində 12-13 may tarixlərində növbəti silsilə təlimlər keçirilib.

Tehsil.biz xəbər verir ki, Fransanın Strasburq universitetinin əməkdaşı Echkart Hötzel və Türkiyənin Atılım universitetinin əməkdaşı Ayfer Altayın iştirakı ilə həyata keçirilən tədbirdə German, Roman və Tərcümə kafedrasının müəllim heyəti aktiv iştirak edərək, onları maraqlandıran mövzularda suallarla çıxış edərək, qarşılıqlı müzakirələr aparıblar.

Təlim 3 dildə - ingilis, alman və fransız dillərində keçirilib. Tərcüməçilik fəaliyyəti ilə məşğul olan və iş fəaliyyətlərini gələcəkdə bu istiqamətdə davam etdirmək istəyən hər bir təlim üzvü faydalı və peşəkar məsləhətlərdən faydalanaraq, praktik və nəzəri dərs metodları ilə də yaxından, ətraflı tanış olublar. 

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub. 

Xəbər lenti