Logo

“Ənənəvi qaydaya keçid edilməzsə, çökmüş təhsil sistemini dəfn etməli olacağıq” – Elçin Əfəndi

06.01.2021 15:19 2574 baxış
IMG

Onlayn təhsilin bizə geniş imkan yarada biləcəyini düşünmürəm”.

 

Bu sözləri Tehsil.biz-ə şagirdlərin qiymətləndirilməsi barədə danışarkən təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

 

Onun sözlərinə görə, şagirdlərin qiymətləndirilməsi yaxşı olardı ki, şifahi sual-cavab əsasında aparılsın və eyni zamanda təhsil müəssisələri bütün şagirdləri, tələbələri qiymətləndirmə apararkən güzəştə getməyi bacarsın. 

 

“Bütün təhsil müəssisələri istər şagirdlər, istər tələbələr üçün güzəştə getməlidir. Çünki, şagirdlər, eləcə də tələbələr düzgün şəkildə internetə qoşula və dərslərdə iştirak edə bilməyiblər. Buna görə də onlardan nəsə tələb etmək və ya qiymətlərini aşağı salmaq düzgün deyil”.

 

Ekspert təhsilalanların onlayn təhsildən lazımi qədər yararlana bilməmələrini və ya ümumiyyətlə bunun mümkün olmadığını bildirib. O, buna səbəb kimi internet probleminin olmasını göstərib:

 

“Onlayn dərslər təhsilalanlara 40-50% bilik qazandırdı. Hətta deyə bilərk ki, bəzi tələbələr heç bir bilik əldə edə bilmədilər. Bu, o tələbə və şagirdlərə şamil olunur ki, onlar ya ümumiyyətlə internet resurslarından istifadə edə bilmədilər və yaxud bir dərsə qoşula bildilərsə, bir neçə dərsə isə qoşula bilmədilər. Mövzular da bir-birinə bağlı olduğu üçün əvvəlki mövzunu bilmədiyi halda sonrakı mövzuları bilmək bir qədər çətinlik yaradır. Buna görə də onlayn təhsilin bizə geniş imkan yarada biləcəyini düşünmürəm. Fikrimcə, bu cür təhsil sistemindən yalnız gələcək zamanlarda faydalanmaq olar”.

 

Elçin Əfəndi tezliklə ölkəmizdə ənənəvi təhsilin bərpa edilməsinin vacibliyini də vurğulayıb:

 

“Birinci yarımil yanvar ayının sonunda başa çatır. Orta ümumtəhsil müəssisələrində ibtidai siniflərin, həmçinin IX və XI siniflərin dərsləri ənənəvi şəkildə başlanılmalıdır. Fevral ayının 16-dan sonra və ya Novruz bayramından sonra isə yaxşı olardı ki, ali təhsil müəssisələrində təcrübə baxımından daha çox tələb olunan ixtisaslar üzrə dərslər ənənəvi qaydada başlanılsın. Əks halda çökmüş təhsil sistemini dəfn etməli olacağıq”.

Xəbər lenti