Logo

BDU ilə TİKA arasında yeni layihələr müzakirə olunub

06.01.2021 15:26 832 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Zoom proqramı vasitəsilə onlayn görüş keçirilib.

 

Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rauf Həsənov, şöbənin baş mütəxəssisi Şəms Bağırova, TİKA-nın Bakı Proqram Koordinasiya Ofisinin rəhbəri Teoman Tiryaki iştirak ediblər.

 

Onlayn görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb, Türkiyə universitetləri ilə BDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirliməsinin vacibliyini vurğulanıb. Daha sonra layihə təklifləri müzakirə olunub.

 

Onlayn görüşdə prorektor Ş.Pənahov Orta Asiya, Azərbaycan və Türkiyə universitetlərinin birgə kitabxanaları üçün layihə hazırlanmasını təklif edib. O, dünya təcrübəsini əsasında türkdilli ölkələrin kitabxanalarını, resusrlarını və alimlərini birləşdirən bir şəbəkənin yaradılmasına ehtiyac olduğunu bildirib.

 

R.Həsənov universitetin beynəlxalq əlaqələrinin inkişafını, eyni zamanda Türkiyə Universitetləri ilə uğurlu əlaqələr qurulduğunu və bu istiqamətdə münasibətlərin yüksələn xətlə davam etdirildiyini nəzərə çatdırıb. Həmçinin türkdilli ölkələrin universitetləri arasında ikili diplom, birgə elmi araşdırmaların aparılması və müəllim-tələbə mübadiləsinə dair layihələrin hazırlanması məsələsinə toxunub.

 

Onlayn görüş BDU və Türkiyə ali məktəbləri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatıb.

Xəbər lenti