Logo

Trek velosipedinin sprint növləri üzrə Federasiya Kuboku yarışı keçirilib

17.05.2022 10:05 360 baxış
IMG

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən oğlan və qızlar arasında təşkil olunan trek velosipedinin sprint növləri üzrə Federasiya Kuboku yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, Respublika Velotrekində təşkil olunun yarışda idmançılar 500, 1000 metr məsafələrə fərdi ötüşmədə və komanda sprinti növündə güclərini sınayıblar.

Komanda sprinti növü üzrə yarışda “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri, 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Əmral Əbüdləzizli, Lalə Əbdürəhmanova I yeri, İradə Əbdürrəhmanova , Ayan Məmmədzadə III yeri, 500 metr məsafəyə fərdi ötüşmələrdə qızlar arasında Lalə Əbdürrəhmanova II yeri tutub. 

Xəbər lenti