Paytaxtın Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktor müavini İsmət Yusifovanın təhsilinin olmaması barədə xəbər vermişdik. Bu barədə aidiyyəti qurumlarda araşdırma aparılırdığını da bildirmişdik.
Tehsil.biz araşdırmanın gedişatı ilə maraqlanmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Qurumdan saytımıza bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir.
İdarədən həmçinin qeyd olunub ki, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir.
Fəqan Əzimli
Həmçinin oxuyun: “Heç kim məni işdən çıxara bilməz” - Attestatsız direktor müavini ilə bağlı MÜƏMMA