Logo

ADU idman klubunun qızlardan ibarət voleybol komandası yarışda iştirak edib

17.05.2022 14:39 403 baxış
IMG

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 45 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (qızlar) arasında voleybol üzrə Nərimanov rayonu üzrə yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, yarışda 8 komanda - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Qərbi Kaspi Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dillər Universitetinin, “Odlar Yurdu” Kollecinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin komandaları iştirak ediblər.

Adı çəkilən yarışda  iştirak edən Azərbaycan Dillər Universitetinin  ADU idman klubunun qızlardan ibarət voleybol komandası 2-ci yerə  layiq görülüb. Qalib komandamız təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunub.

Qeyd edək ki, Voleybol komandamızın 2-ci yerə layiq görülməsində universitetin idman klubunun voleybol üzrə məşqçi-müəllimi Sədrəddin Qasımovun böyük zəhməti olub. 

Xəbər lenti