"Müasir tələblərə cavab verən müəxəssis hazırlığının təmin edilməsi üçün ali təhsildə köklü dəyişikliyin zəruriliyi demək olar ki, hamı tərəfindən qəbul edilir".
Tehsil.biz xəbər verir ki, bu fikirləri UNEC-in rektoru, professor Ədalət Muradov bildirib.
Rektor qeyd edib ki, təhsil sahəsində tanınmış mütəxəssislərin ümumi fikrinə görə, bu dəyişikliyin əsasında duran əsas ideya ondan ibarətdir ki, təhsilalan öz inkişafının subyektinə çevrilməlidir:
"Bu isə təhsil prosesinin bütün subyektlərinin, yəni təhsilverən və təhsilalanların funksiyalarına yenidən baxılmasını qaçılmaz edir və təhsil prosesinin yenidən qurulmasını tələb edir".
Fəqan Əzimli