Logo

Sabah “Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu” mövzusunda vebinar təşkil ediləcək

17.05.2022 16:13 348 baxış
IMG

Mayın 18-də “Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu” mövzusunda vebinar keçiriləcək.

Təhsil İnstitutundan bildirilib ki, vebinarda spiker qismində Kembric Universitetinin nəşriyyat və qiymətləndirmə kurikulum proqramları üzrə müdir müavini Abigail Barnett çıxış edəcək.

Qeyd edək ki, vebinarın keçirilməsində məqsəd konstruktiv rəy haqqında sualları cavablandırmaq, eləcə də təhsil ictimaiyyətini, xüsusilə müəllimləri məlumatlandırmaqdır.

Xəbər lenti