Logo

AƏSMA-da “Kriptovalyutalara investisiya imkanları” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

17.05.2022 16:46 247 baxış
IMG

Mayın 17-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Şuşa ili”nə həsr olunmuş  “Maliyyə iqtisad” fakültəsinin və İnvest-Az İnvestisiya Şirkətinin təşkilatçılığı ilə “Kriptovalyutalara investisiya imkanları” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, Tədris və elmi işlər üzrə prorektor prof. Fərhad Möhbalıyev seminarda müzakirə edilən mövzunun aktuallığını vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.

“İnvest-Az İnvestisiya Şirkəti”nin QSC-nin Tədris və analitika departamentinin baş mütəxəssisi i.ü.f.d. Rövşən Məmmədov kriptovalyutalara investisiya imkanlarından, onun üstün cəhətləri və baş verə biləcək mənfi nəticələrindən danışıb.

Seminarda diskusiya üstünlük təşkil edib və tələbələr onları maraqlandıran çoxsaylı suallara cavab tapa biliblər.

Xəbər lenti