Logo

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi tədbir keçirib - FOTOLAR

17.05.2022 20:27 971 baxış
IMG

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycanın və Türkiyənin ortaq dəyəri İbrahim Səfinin Avropa həyatının tədqiqi layihəsi çərçivəsində Səbail rayonunda tədbir keçirib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş nitqilə filologiya elmləri namizədi, Milli Mədəniyyətimizin təbliği İB-nin sədri Jalə Cəfərova açıb. Layihə barəsində məlumat verən təşkilat sədri İbrahim Səfi irsinin yaşadılması, tanıdılması, həmçinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Dəyirmi masada “Azad Müəllimlər" İctimai Birliyinin sədri Pərvanə Talıbova, DAMM və SİMİB-in Fəxri üzvü, AJB-nin üzvü Nəzakət Kərimova Əhmədova, "Qürur" İB-nin fəxri üzvü Azər Hacıbəyli Səlimov, jurnalist Rüfət Muradlı, BDU-nun Jurnalistika fakültəsinin dosenti Sevinc Məmmədova, "Mirvarid Dilbazi Poeziya Məclisi" İB-nin sədri Güllü Alıyeva, radio prodüseri Aliyə Həsənova, müəllimlər Yarəhmədova Elza, Məmmədova Mariya, yazıçı Emin Abdullayev, gənc jurnalist Əsgər İsmayılov,  "Uşaqların Gələcəyi Naminə" təşkilatın sədri Könül Quliyeva,  “Vətən Uğrunda” qəzetinin təsisçisi və baş redaktoru Rövşən Əhmədli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Hacıyeva, Turançı Şiraslan Abbasov, fotomüxbir Rahim Qədimov və digər qonaqlar iştirak ediblər.

Dəyirmi masa iştirakçıları layihənin əhəmiyyətindən danışıb, mövzu ətrafında öz fikir və mülahizələrini bölüşüblər.

İbrahim Səfi haqqında "Rəngləri danışdıran adam" filmi nümayiş olunub.  

Tədbirin sonunda qonaqlara "İşığı Solmayan Rəsmlər" kitabı təqdim edilib və xatirə şəkilləri çəkilib.

Xəbər lenti