Logo

AzTU tələbələri “STDC” MMC-nin təlimlərində iştirak edir

17.05.2022 20:54 505 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC (STDC) arasında əməkdaşlıq çərçivəsində təlimlərə start verilib.

Tehsil.biz xəbər verir ki, təlimlər 2 qrup olmaqla "Big data" və "Cisco CCNAv7" mövzuları üzrə təşkil edilib.

"Big data" təlimi “STDC” MMC-nin Sistem idarəetməsi şöbəsinin aparıcı mühəndisi İlqar Hüseynov, "Cisco CCNAv7" təlimi isə İnformasiya texnologiyaları şöbəsinin bölmə rəisi Cavid İsmailzadə tərəfindən keçirilir.

Xəbər lenti