Kulis.az sevgilisi tərəfindən tərk edilmiş insanlar üçün 10 məsləhəti diqqətinizə çatdırır.
1. Yaxın zaman ərzində qətiyyən yeni münasibətə başlamayın, hazırkı vəziyyətinizlə qarşınızdakı şəxsə də əziyyət verə bilərsiniz.
2. Bitdi! Bunu qəbul edin. Onu sosial şəbəkələrdən və ya ortaq dostlarınız vasitəsilə izləməkdən əl çəkin. Özünüzü xəstə etməyin. Onsuz da həmin insana nifrət edirsiniz, onu xoşbəxt görmək psixologiyanıza yaxşı təsir etməyəcək.
3. Dostlarınızla vaxt keçirin. Amma dostlarınızla birlikdə “bu qız/bu oğlan filan-filan imiş” mövzularından uzaq dayanın. Hər şey geridə qaldı. Onu layiq olduğu yerdə buraxın.
4. Dostlarınız sizə yeni birini “təşkil” etməyə çalışacaq. Mədəni şəkildə rədd edin. Birinci məsləhətə baxın.
5. Xüsusilə, uzunmüddətli münasibətlərdən çıxmaq həyata fərqli bir maraq qatmaq üçün əlverişlidir. Yeni qoşulacağınız bir kurs, dərnəklər, skautlar kimi həyatınızı zənginləşdirəcək və sizə məna qatacaq şeylərin içinə girməyinizin vaxtıdır.
6. Kədərli mahnılara qulaq asıb özünüzə boş-boşuna əzab verməyin. Həyatınızdan çıxıb getmiş biri üçün kədərlənməyə, iztirab çəkməyə dəyməz. Şən musiqilər dinləyin.
7. Gözəl xatirələri çox da vecinizə almayın. Qarşıda hələ çox gözəl günlər görəcəksiniz, bütün gözəlliklərin o adamdan asılı olmadığını başa düşün.
8. Qətiyyən bitmiş bir münasibəti qısa müddət sonra yenidən canlandırmaq bəhanəsiylə keçmiş sevgilinizə yazmayın.
9. Sizə zərər verərək həyatınızdan çıxan şəxs üçün ediləcək ən yaxşı şey onu yaddaşınızdan tamamilə silməkdir. Öz həyatınızla məşğul olun.
10. Özünüzə qarşı edilməsindən xoşunuz gəlməyən şeyləri intiqam adı altında qarşı tərəfə etməyin. Bir müddət sonra özünüzə olan hörmətinizi itirərək həmin adamdan fərqinizin olmadığını görərsiniz.