Logo

“Düzgün kommunikasiyanın əhəmiyyəti və müasir trendlər” mövzusunda seminar keçirilib - FOTOLAR

17.05.2022 22:31 333 baxış
IMG

17.05.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tələbələr üçün “Düzgün kommunikasiyanın əhəmiyyəti və müasir trendlər” mövzusunda  seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova tələbələr qarşısında çıxış edib.

O, “Ünsiyyət bacarıqları”, “Ünsiyyət növləri”, “Sərbəst və səmərəli kommunikasiya qurma qabiliyyətinin inkişaf etdirilməsi”, “TƏBİB-in Kommunikasiya strategiyası”, “PR siyasətində müasir trendlər”, “Müəssisələrin marketinq siyasəti” mövzularına toxunub, şəxsi təcrübəsini bölüşüb.  

İştirakçıların tibbi xidmətlərin təşkili, icbari tibbi sığortanın tətbiqi və üstünlükləri, PR və marketinqin əhəmiyyəti mövzusunda suallarını cavablandırıb. 

Media və ictimaiyyətlə əlaqələr mövzusunu əhatə edən təlim maraqlı simulyasiya və müzakirələrlə yada qalıb.

Xəbər lenti