Logo

Zaqatala rayon təhsil işçiləri ilə görüş keçirilib - FOTO

17.05.2022 22:48 326 baxış
IMG

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Zaqatala rayon təhsil işçiləri ilə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Zaqatala rayon üzrə təhsil sektorunun əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışılıb, həmçinin qarşıda duran hədəflərlə bağlı söhbət aparılıb. 

Daha sonra müvafiq məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Xəbər lenti