Logo

Azərbaycan Universiteti dünya reytinqində

18.05.2022 09:33 335 baxış
IMG

Azərbaycanda tədqiqatçıların elmmetrik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə ən sıx müraciət olunan elmi nəşr platformalarından biri “Elsevier” şirkətinin Scopus bazasının 2022-ci il üzrə “Scimago Institutions Rankings” hesabatı açıqlanıb.

Hesabata görə, Azərbaycan Universiteti elmi tədqiqat aktivliyi üzrə böyük uğura imza ataraq dünya reytinqinə daxil olub.

Respublika üzrə elmi təşkilat, institut və ali təhsil müəssisələrinin siyahısında 3-cü yerdə qərarlaşan Azərbaycan Universiteti bu reytinq üzrə ən yüksək kateqoriya olan Q1 kateqoriyasına daxil olub. Reytinqin əsas meyarı Scopus bazasında indekslənən jurnallarda həmin müəssisənin əməkdaşlarının dərc etdiyi elmi məqalələr və həmin məqalələrə olunan istinadların sayıdır. 

Hesabata görə, ümumi qiymətləndirmə kriteriyalarına əsasən Azərbaycan Universiteti reytinq sıralamasına daxil olan nüfuzlu dünya universitetləri arasında 556-cı yerdədir. Riyaziyyat sahəsində aparılan tədqiqatlar üzrə isə elmi mərkəz, institut və ali təhsil müəssisələri arasında dünyada 604-cü, Şərqi Avropada 93-cü, Azərbaycanda isə 3-cü pillədə qərarlaşıb. Bundan əlavə Azərbaycan Universiteti bütün kateqoriyalar üzrə Yəmənin “Seiyun” Universiteti, Çinin “Chinju National University of Education” Universiteti və İranın “Islamic Azad” Universiteti anoloji göstəricilərə malikdir. Reytinq siyahısında Azərbaycandan 4 universitet, 3 elmi institut və 1 elmi mərkəz olmaqla cəmi 8 qurum yer alıb.

Qeyd edək ki, tədqiqat universiteti almaq istiqamətində strateji inkişaf planına uyğun olaraq Elm şöbəsinin səmərəli fəaliyyəti nəticəsində Azərbaycan Universitetinin və əməkdaşlarının elmi tədqiqatlarının həm kəmiyyətinin, həm də keyfiyyətinin artırılması və elmmetrik göstəricilərin yüksəldilməsi istiqamətində son illərdə ciddi irəliləyişlərə nail olunub. Son 3 ildə Universitetin “H” indeksi 2-dən 20-yə yüksəlib. İndekslənən jurnallarda çap edilən məqalələrin sayına görə Azərbaycan Universiteti respublika universitetləri arasında ilk üçlüyə daxil olub.

Məlumat mənbəyinə keçid: https://www.scimagoir.com/rankings.php?country=AZE 

Xəbər lenti