Logo

Zirvə Liseyinin şagirdləri BMU-nun İKT elmi-tədqiqat laboratoriyası ilə tanış olublar

18.05.2022 11:33 391 baxış
IMG

Zirvə Liseyinin daha bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) olublar.

Tehsil.biz xəbər verir ki, bu dəfə məktəblilər universitetin İKT elmi-tədqiqat laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub və əyani təcrübələri izləyiblər.

BMU-nun Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri Amil Babayev robotların iş strukturu və proqramlaşdırması haqqında ətraflı məlumat verib.

Kompüter və informasiya texnologiyaları laboratoriyasının müdiri Kamil Əhmədov laboratoriyaların fəaliyyəti, burada mövcud olan avadanlıqlar barədə danışıb. O, həmçinin ayrı-ayrı maketlər üzərində şagirdlərə zəruri informasiyaları təqdim edib.

Sonra BMU tələbələrinin müasir dövrdə ölkədə olan problemləri nəzərə alaraq kəşfiyyat və mina əleyhinə hazırladığı robotun prototipinin işləmə prinsipi əyani və video formatda şagirdlərə göstərilib. Eyni zamanda, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti