Logo

Təhsil nazirinin müavini Litvanın nümayəndə heyətini qəbul edib - FOTO

18.05.2022 11:55 344 baxış
IMG

Mayın 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov Litva Respublikasının təhsil, elm və idman nazirinin müavini Gintautas Yakştisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası və Litva Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin vacibliyini vurğulayaraq, ikili diplom proqramlarının həyata keçirilməsi istiqaməti üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti