Logo

“Şuşanın Rəqəmsal Müəllimləri” layihəsi çərçivəsində keçirilən təlim və tədbirlərin bağlanış mərasimi baş tutub

18.05.2022 12:55 452 baxış
IMG

Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında “Şuşanın Rəqəmsal Müəllimləri” layihəsi çərçivəsində keçirilən təlim və tədbirlərin bağlanış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, layihənin bağlanış mərasimində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa Rayon Təhsil Şöbəsinin layihələr üzrə rəhbəri və məsləhətçisi Aydan Bağırova, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi və doktorantı Səyyarə Hidayətzadə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü Hüseyn Hüseynov, Şuşa 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova iştirak ediblər.

Tədbirdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə və layihə rəhbəri Hüseyn Hüseynov çıxış edərək 2022-ci il Şuşa ilində həyata keçirilən “Şuşanın Rəqəmsal Müəllimləri” adlı tədbirlərin təşkili layihəsinin əhəmiyyətini vurğulayıblar. Təlimlərdə təlimçi-ekspert olan İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Səyyarə Hidayətzadə texnologiyanın tədrisə çox böyük kömək olacağından söz açıb və əməkdaşı olduğu institutun rəhbərliyi adından bu tip təlim və tədbirlərə hər zaman istənilən köməyi göstərməyə hazır olduqlarını nəzərə çatdırıb.

Qeyd edək ki, layihəyə müraciət edən 300 müəllimdən 50 müəllim seçilərək təlimlərə cəlb edilib. Bağlanış mərasimində layihədə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.

Xəbər lenti