Logo

Polad Həşimovun anası AzTV-nin canlı efirində ayaqüstə alqışlandı - VİDEO

18.05.2022 13:06 234 baxış
IMG

Ötən gün VIII “Muğam” televiziya müsabiqəsinin növbəti buraxılışı baş tutub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, müsabiqənin ikinci həftəsinin ilk gününün fəxri qonaqları Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, qardaşı İlham Həşimov olublar.

Buraxılışın başlanğıcında təsirli anlar yaşanıb.

Belə ki, yarışmanın aparıcıları Milli Qəhrəmanın ailə üzvlərini təqdim etdikdə tamaşaçılar onları ayaq üstündə alqışlayıblar.

Televiziya müsabiqəsinin fəxri qonaqları arasında Vətən müharibəsinin bir qrup iştirakçısı da olub. Tamaşaçılar onları da alqışlayaraq ehtiramlarını bildiriblər.

Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir.

Xəbər lenti