Logo

Mədəniyyət ocağının gecə klubuna çevrilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

18.05.2022 13:13 573 baxış
IMG

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının gecə klubuna çevrilməsi ilə bağlı görüntülər yayılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, gənclər tərəfindən təşkil olunan əyləncənin əks olunduğu görüntülər müzakirələrə səbəb olub.

Tehsil.biz məsələ ilə bağlı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına sorğu göndərib. Mədəniyyət ocağından sorğumuza cavab olaraq bildirilib ki, yayılan görüntülərin Filarmoniya ilə əlaqəsi yoxdur:

"Filarmoniyanın heç bir şeydən xəbəri yoxdur. Hadisə hər halda Filarmoniyanın həyətində olan restoranın qapalı məkanında olub. Filarmoniyanın içində bele bir hal baş verməyib".

Fəqan Əzimli

Xəbər lenti