Logo

Kimya üzrə fənn olimpiadalarının final turu keçirilib

18.05.2022 13:25 334 baxış
IMG

Mayın 18-də kimya üzrə respublika fənn olimpiadalarının final turu keçirilib. Final turunda 100-dən çox şagird iştirak edib.

Tehsil.biz xəbər verir ki, şagirdlərə bu turda açıq tipli tapşırıqlar və 4 saat yarım vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında elan ediləcək.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Xəbər lenti