Logo

BDU-da elmi konfrans: “Qarabağ kitabxanaları: tarixi, müasir durumu və gələcəyi” - FOTOLAR

18.05.2022 13:48 413 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Qarabağ kitabxanaları: tarixi, müasir durumu və gələcəyi” mövzusunda Respublika elmi konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Qarabağın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun prorektoru Əliş Ağamirzəyev konfransın plenar iclasını giriş sözü ilə açaraq iştirakçıları rektor Elçin Babayevin adından salamlayıb, tədbirin işinə uğurlar arzulayıb. Əliş Ağamirzəyev müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, hazırda ölkə əhalisinin informasiya təminatının ödənilməsində mühüm rol oynayan kitabxana şəbəkələri məhz Ümummilli liderin respublikamıza rəhbərliyinin birinci dövründə formalaşıb: “Əfsuslar olsun ki, erməni silahlı birləşmələri tərəfindən ölkəmizə edilən hərbi təcavüz nəticəsində Qarabağda yerləşən kitabxana infrastrukturu tamamilə dağıdılıb. Erməni vandalizminin qurbanı olan bu böyük informasiya mərkəzləri məhv edilib, miqyası milyonlarla ölçülən sənəd fondları yandırılıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi xalqımıza qarşı olan ədalətsizliyə son qoyub. Torpaqlarımızın azad olunması nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb. Hazırda azad olunmuş torpaqlarımızda geniş quruculuq işləri həyata keçirilir. Əminik ki, bugünkü konfrans Qarabağda kitabxana infrastrukturunun tarixi ənənələr nəzərə alınmaqla yenidən bərpası istiqamətində yeni konsepsiyanın yaradımasında mühüm rol oynayacaq”.

Konfransın plenar iclasında BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-informasiya Mərkəzinin direktoru Adilə Abdullayeva çıxış edərək, Qarabağda ilk kitabxanaların meydana gəlməsi, formalaşması və inkişafından, erməni vandalizmi nəticəsində kitabxana-informasiya infrastrukturunun məhv edilməsindən və azad Qarabağda gələcək kitabxana qurucuğulundan bəhs ediblər. Sonra BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılovun “Qarabağ kitabxanaları: mövcud durumu və gələcəyi”, Kitabxanaçılıq-informasiya fakültəsinin əcnəbi doktorantı, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nour El Houda Djoumanın “Qarabağ kitabxanaları və erməni vandalizmi” mövzularında məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans işini bölmə iclaslarında davam etdirir. Konfransda ümumilikdə 40-a yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub.

Xəbər lenti