Logo

BDU-da “Tarix yazan imza” adlı tədbir keçirilib - FOTO

18.05.2022 14:20 414 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Tarix yazan imza" adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədr müavini Aydan Rüstəmzadə çıxış edərək bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı  misilsiz xidmətləri barəsində danışıb, dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövrlərin möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf illəri olduğunu deyib.

BDU Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənov çıxışında Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu, siyasi fəaliyyətinin sovet və müstəqillik dövrləri, dövlət idarəçiliyi, iqtisadi, mədəni quruculuq və milli ideologiyanın formalaşması sahəsində fəaliyyətindən bəhs edib, Ulu öndərin banisi olduğu dövlət gənclər siyasətindən danışıb.

Fizika, Filologiya, Sosial elmlər və psixologiya fakültələrinin III kurs tələbələri Ümummilli liderə həsr olunmuş mahnı ifa edib, şeirlər səsləndiriblər.

Daha sonra BDU-nun qızlardan ibarət "Səda" rəqs qrupu çıxış edib.

Xəbər lenti