Logo

ARTİ ilə Böyük Vitovt Universiteti arasında görüş keçirilib - FOTO

18.05.2022 14:55 252 baxış
IMG

18 may tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizovla Litva Respublikasının Böyük Vitovt Universitetinin rektoru Prof. Dr. cənab Juozas Augutis arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı ARTİ və Böyük Vitovt Universitetinin gələcəkdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə ARTİ-nin direktor müavini Ülkər Babayeva, TKTA-nın sədr müavini Fərid Osmanov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva, Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva iştirak edib və müəllimlərin hazırlığı mövzusu üzrə fikir mübadiləsi  aparılıb.

Xəbər lenti