Bu gün Bakı Biznes və Kooperasiya Kollecində "Pedaqoji şura"nın iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, iclasda Kollecin direktoru Elnur Allahverdiyev şura üzvlərini salamlayaraq bildirib ki, Prezident cənab İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlik və dinamik inkişaf bütün sahələrdə olduğu kimi təhsil, gənclərlə iş sahəsində də ildən-ilə nailiyyətlərimizin artmasına səbəb olmuşdur. Respublikamızın nüfuzlu təhsil ocaqlarından biri olan Bakı Biznes və Kooperasiya Kollecində hesabat dövründə tələbələrimizin yüksək keyfiyyətdə təhsil almaları, vətəndaşlıq tərbiyəsi və cəmiyyətdə iştirakı, yaradıcı gənclərin inkişafı üçün şəraitin yaradılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bütün ixtisaslarda təhsil alan tələbələrin fəallığının artırılması məsələlərinə xüsusi diqqətin ayrılması daim fəaliyətimizin əsas istiqaməti olub.
Pedaqoji şuranın gündəliyi əvvəlcədən təsdiq olunmuş proqram üzrə davam etdirilib Belə ki, yaz buraxılış dövlət və kurs imtahanlarına hazırlığın vəziyyəti haqqında tədris işləri üzrə direktor müavini Z.Məmmədov, tədris və iş planlarının icra vəziyyəti, yeni təlim texnologiyalarından istifadənin nəticələri haqqında fənn birləşmə sədrləri G.Məmmədova, X.Dadaşova, N.Babayeva, Z. Tağıyev çıxış ediblər. Eləcə də İnsan resursları və daxili nəzarət şöbəsinin müdiri A.Zeynalova, Təlim-tərbiyə və ictimaiyyətlə əlaqələr sektorunun müdiri T.Əkbərov hesabatla çıxış ediblər.
Sonda cari məsələlər müzakirə olunub.