19 may tarixində saat 17:00-da “Təfəkkürün növləri” mövzusunda vebinar keçiriləcək.
Tehsil.biz xəbər verir ki, vebinarın məqsədi sinifdə şagirdlərin təfəkkürünü inkişaf etdirməyin praktiki yolları və mövzu ilə bağlı MİQ imtahanına düşən sualların izahını verməkdir.
Vebinarda spiker qismində ARTİ-nin Metodik xidmət şöbəsinin mütəxəssisi, BDU-nun doktorantı Aynur Həşimova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.