Logo

Yevlaxda daha bir məktəb əsaslı təmir edilir - FOTOLAR

18.05.2022 18:35 360 baxış
IMG

Yevlaxda təhsil ocaqlarının əsaslı təmiri davam etdirilir.

Tehsil.biz xəbər verir ki, rayonun daha bir məktəbi - Xaldan kənd tam orta məktəbinin binasının əsaslı təmirinə başlanılıb.

Təsdiq edilmiş layihəyə uyğun olaraq burada  suvaq və rəngləmə işləri görülür, elektrik xətləri, dam örtüyü tam şəkildə yenilənir. Sinif otaqlarının və dəhlizlərin köhnə döşəmələri sökülərək yeniləri ilə əvəz olunur.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev inşaat işlərinin gedişatı ilə yerində tanış olmaq üçün Xaldan kənd tam orta məktəbində olub. Yeni məktəbin binasında aparılan işlər barədə məlumat verilərək bildirilib ki, 1975-ci ildə tikilən məktəb binasının əsaslı təmirə ehtiyacı vardı.

Əsaslı təmirdən sonra məktəb binası 960 şagird yerlik olmaqla müasir təhsil üçün lazım olan bütün avadanlıqlarla təmin ediləcək. Məktəbdə müasir fənn kabinetləri, laboratoriyalar, kitabxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalı yaradılacaq, binada yeni istilik sistemi quraşdırılması nəzərdə tutulub.

İnşaatçılar yeni tədris ili ərəfəsində yeni məktəbdəki işlərin tam başa çatacağını bildiriblər.

Xaldan kənd sakinləri burada görülən işlərin Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın elmə, təhsilə diqqət və qayğısının bariz göstəricisi olduğunu vurğulayıblar.

Xəbər lenti