Logo

Medianın İnkişafı Agentliyi ATƏT-in Vyanada keçirilən tədbirində təmsil olunub

18.05.2022 19:04 446 baxış
IMG

2022-ci il 16-17 may tarixlərində Vyana şəhərində “Böhran dövrlərində demokratik təsisatların fəaliyyəti” (The Functioning of Democratic Institutions in Times of Crisis) mövzusunda ATƏT-in insan ölçüsü üzrə ikinci əlavə görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, ATƏT-in Polşa Sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (The Polish OSCE Chairmanship and OSCE Office for Democratic Institutions and Human Rights (ODIHR) tərəfindən təşkil edilən görüşün üçüncü sessiyasında böhran dövrlərində media pluralizminin əhəmiyyəti, həmçinin etibarlı və keyfiyyətli informasiyaya əlçatanlığın vacibliyi kimi məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əməkdaşları da iştirak edib.

Xəbər lenti