Logo

"Pəncərə” proqramı çərçivəsində ilk görüş AzTU-da keçirilib

18.05.2022 19:40 302 baxış
IMG

“Pəncərə” - tələbə məsələlərinin araşdırılması, müraciətlərin dinlənilməsi, təklif və iradların aidiyyətı üzrə yönləndirilməsinə dəstək proqramı çərçivəsində ilk görüş Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. 

Tehsil.biz xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən görüşdə AzTU tələbələri iştirak edib.

ATGTİ-nin proqram meneceri Nigar Hüseynova tədbiri açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra görüş AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulovun çıxışı ilə davam edib.  “Pəncərə” proqramının əhəmiyyətindən danışan Kamran Rəsulov bunun tələbələrin təklif və iradlarının operativ cavablandırılması baxımından faydalı olduğunu qeyd edib.

“Pəncərə” proqramının rəhbəri Fidan Həsənova proqramın missiyası, hədəfləri və fəaliyyət istiqamətləri haqqında danışıb. 

Daha sonra AzTU-nun prorektoru Kamran Rəsulov, ATGTİ-nin sədri Pərviz Mirələmli və AzTU TGT-nin sədri Eyvaz Məhəmmədlinin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Sessiya zamanı tələbələr onları maraqlandıran suallara cavab tapıb, TGT-nin fəaliyyətinin genişləndirilməsi və daha effektiv işlərin həyata keçirilməsiistiqamətində öz təkliflərini səsləndiriblər.

Xəbər lenti