PAŞA Bank tələbələr üçün ödənişli yay təcrübə proqramını elan edir.
Tehsil.biz xəbər verir ki, proqrama bütün kurslarda təhsil alan bakalavr və magistr tələbələri, həmçinin 2020/2021-ci tədris ilinin məzunları müraciət edə bilər.
Proqram aşağıda qeyd olunan sahələri əhatə edir:
· BI&DWH
· IT əməliyyatlar
· Data əməliyyatlar
· Rəqəmsal mühəndislik
· Hüquq
· Telesatış
· Kreditlərin strukturlaşdırılması
· Satış
· Məlumat təhlükəsizliyi
· Marketinq
· Risk
· Maliyyə
· Əməliyyat
· Data Science
Təcrübə proqramı 3 ay ərzində davam edəcək və seçim müsahibə əsasında aparılacaq.
Müraciət etmək istəyən tələbələr əlavə olunmuş ərizə formasını 25 may 2021-ci il tarixinə kimi doldurmalı, onları maraqlandıran sahəni mövzu hissəsinə qeyd edərək [email protected] ünvanına göndərməlidirlər.
Proqramın başlama tarixi isə seçim mərhələsindən sonra elan olunacaq.