Logo

ADPU-da “Şuşa Kuboku” intellektual yarışının qalibləri müəyyənləşib

18.05.2022 20:42 459 baxış
IMG

Mayın 17-də  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Xəmsə Milli İntellektual Oyunu formatında “Şuşa kuboku” adlı intellektual yarış keçirilib. 

Tehsil.biz xəbər verir ki, yarışdan öncə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Fakültənin tələbələrindən ibarət komandalar arasında gərgin mübarizə şəraitində keçən maraqlı yarışın sonunda finala yüksələn “Sirius”, “Məntiqə sığmayanlar”, “Permanent” və ”9002” komandaları üz-üzə gəliblər. 

Final qarşıdurmasının başlanğıcında çıxış edən fakültənin dekanı dosent Elnarə Mehbalıyeva “Şuşa kuboku” intellektual oyununun məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar icra olunan tədbirlər planı çərçivəsində keçirildiyini bildirib və finalçılara uğurlar arzulayıb. 

Final turunun nəticələrinə əsasən “Məntiqə sığmayanlar” komandası birinci, “9002” komandası ikinci, “Permanent” komandası isə üçüncü yeri tutublar.

Sonda qaliblər kubok, medal və diplomlarla təltif olunub, xatirə şəkilləri çəkilib.

Xəbər lenti