Logo

TTK-nin İdarə Heyətinin sədr müavini ASAPES tələbələri ilə görüşüb

18.05.2022 20:56 406 baxış
IMG

Bu gün Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədris hissəsinin müdiri Nazim Abbasov ilk öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra təhsil tələbə kreditlərinin yararlarından danışıb. Tələbələri mütləq bu fürsətdən yararlanmağa çağırıb.  

Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış TTKF-nun fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib. 

Tədbirdə tələbələr tərəfindən verilən suallar cavablandırılıb və geniş müzakirələr aparılıb.

Bəhruz Əzimov Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən və bu imkandan yararlanmış tələbələrin daha yaxşı oxuması üçün stimallaşdırıcı imkan olduğunu vurğulayıb.

Xəbər lenti