Logo

ADU-nun Konfutsi İnstitutunda “Şuşa, sən azadsan” adlı tələbə seminarı keçirilib

18.05.2022 22:00 305 baxış
IMG

ADU-nun Konfutsi İnstitutunda “Şuşa, sən azadsan” adlı tələbə seminarı keçirilib.

Tehsil.biz xəbər verir ki, açılış nitqi ilə çıxış edən  Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov,  təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhərinin  zəngin inkişaf yolu keçdiyini,  Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynadığını vurğulayıb. O , Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. R.Abbasov  şəhərin inkişafına dair xüsusi qərarların  məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edildiyini vurğulayıb.         

Rafiq Abbasov Böyük Qələbə Günü münasibətilə seminar iştirakçılarını təbrik edərək, Azərbaycanın əfsanəvi hərbi qalalarının çoxəsrlik tarixindən danışıb. O, Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa qalasından da xüsusi söhbət açıb.

Tədbirdə  çıxış  edən  ADU  nəzdində Konfutsi İnstitutunda  istehsalat təcrübəsi  keçən  Fəridə Həsənova strateji mövqeyi ilə seçilən Şuşanın Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qaldığını,  işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələrinin dağıldığını  qeyd edib.   

O, 44 günlük Zəfər müharibəsində tarixə qızıl hərflərlə yazılan 2020 –ci il 8 noyabr Şuşanın işğaldan azad edilməsi  haqqında da ətraflı danışıb.  Cənab Prezidentimizin  Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2022-ci ili “Şuşa ili”elan etdiyinidə vurğulayıb.  

F. Həsənova Şuşanı tərənnüm edən digər gözəlliklərdən biri də Xarı bülbül  olduğunu , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının əzəmətindəndə bəhs edib.

Seminarda ADU-da təhsil alan çinşünas tələbələr  Azərbaycan və Çin mədəniyyətinin milli rəmzlərinə həsr olunmuş “Xarı bülbül” və Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni paralellər” eyni zamanda “Xarı bülbül” və “Bülbül və qızılgül” simvollarının özünəməxsusluğundan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda Qarabağ xanı İbrahimxəlil xanın qızı, şair xanım Ağabəyim Ağa yaradıcılığında Xarı bülbülü tərənnüm edib. Qarabağı vəsf edən xalq mahnısı “Sarı bülbül” mahnısı unudulmur, bu gün də məşhurdur. Azərbaycan milli geyimlərində və xalçaçılıq sənətində Xarı bülbül elementindən geniş şəkildə istifadə olunur.

Sonda  ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.  

Xəbər lenti