Logo

Alimlərdən görünməmiş sınaq: hissəciklər 44 km teleportasiya edildi - İlk dəfə

07.01.2021 05:18 75 baxış
IMG

ABŞ Enerji Nazirliyindəki Enriko Fermi Milli Sürətləndirici Laboratoriyasından olan Amerikalı alimlər ilk dəfə olaraq foton kubitlərini 44 kilometr məsafədə optik liflə teleportasiya edə biliblər.

 

Tehsil.biz "Qaynarinfo"-ya istinadən xəbər verir ki, bu haqda məlumat "PRX Quantum” jurnalında nəşr edilib.

 

Tədqiqat nəticəsində əldə edilən texnologiya müasir telekommunikasiya avadanlıqları ilə uyğundur və fiber optik quraşdırılması tələb olunmur. Gələcəkdə kəşfdən kvant internet yaratmaq üçün istifadə etmək niyyətindədirlər.

 

İki və ya daha çox hissəciyin bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğu kvant dolaşıqlığından istifadə edərək bir kubitin kvant teleportasiyasını həyata keçirmək mümkün olub. Kvant vəziyyəti ölçmə zamanı mənşə nöqtəsində dağılır və qəbul nöqtəsində yenidən yaranır, beləliklə də hissəciklər teleportlaşdırılır.

 

Qeyd edək ki, teleport bir şeyin ani olaraq bir məkandan başqa məkana keçməsidir (uçmasıdır). Teleport sözü bizə telefon anlayışını xatırladır. Biz telefonun dəstəyini götürən kimi başqa bir şəhərdəki və ya ölkədəki adamla danışırıq. Bu proses o qədər sürətlə gedir ki, müəyyən həddə malik olmur. Bu proses teleportasiya prosesi adlanır. Teleportasiya bir şeyin enerjiyə çevrilib başqa məkana getməsidir. Məsələn, biz mobil telefonda bizim sözlərimizin enerjiyə (modula) çevrilərək işıq sürəti ilə hərəkət etdiyini müşahidə edirik.

Xəbər lenti