Logo

Azərbaycan Universitetinin nümayəndələri EUA rəsmisi ilə görüşüb

19.05.2022 09:57 265 baxış
IMG

Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Nüşabə Quliyeva ilə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov Avropa Universitetləri Assosiasiyasının (European University Association / EUA) baş katibinin müavini Monika Steinel ilə görüşüb.

Görüş Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin növbəti təlimlərinin keçirildiği İsveçin Kral Texnologiya Universitetində baş tutub.

Görüşdə Azərbaycan Universiteti ilə assosiasiya arasında gələcək əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Universiteti 2021-ci ildə assosiasiyanın həqiqi üzvlüyünə qəbul edilib. Əsas missiyası Avropada ali təhsil və tədqiqat sistemini davamlı inkişaf etdirmək və gücləndirmək, üzvlərə dəstək və rəhbərlik verərək tədris, öyrənmə, tədqiqat və ictimai xidmətdə  keyfiyyəti artırmaq olan,  Avropanın 50-yə yaxın ölkəsindən 1000-ə yaxın universiteti birləşdirən assosiasiyada Azərbaycan cəmi 3 universitetlə təmsil olunur.

Xəbər lenti