Logo

BANM Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyətin təminatı Agentliyi ilə əməkdaşlıq edəcək

19.05.2022 10:09 285 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyətin təminatı Agentliyinin (QAA) Baş icraçı direktoru Vicki Stott və Beynəlxalq əlaqələr və Peşakar Xidmətlər bölməsinin rəhbəri Stefani Sanford ilə görüşüb. 

Tehsil.biz xəbər verir ki, görüşdə BANM - in müxtəlif ixtisaslar üzrə proqramları və bu proqramların Avropa Komissiyasının təhsil üzrə qoyulan 10 standartına cavab verməsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin tədris proqramlarının inkişafı və tələbə təcrübəsinin artırılması istiqamətində QAA ilə birgə gələcək əməkdaşlıq perspektivləri barədə də müzakirələr olub. Bu əməkdaşlıq çərçivəsində BANM QAA-in beynəlxalq üzvlük proqramına qoşulacaq və QAA-in məhz ali məktəblər üçün yaradılmış resurslarından Ali Məktəbin tələbə və müəllim heyəti faydalanacaq. Eyni zamanda BANM - in  müəllim və tələbə heyəti QAA - in keçirəcəyi konfrans və təlimlərdə iştirak hüququ əldə edəcəklər. 

Böyük Britaniyadakı Keyfiyyətin təminatı Agentliyi Böyük Britaniya ali təhsilində standartlara və keyfiyyətə nəzarət edən müstəqil qurumdur. QAA universitetlərin, kolleclərin və Böyük Britaniya ali təhsil müəssisələrinin öz akademik standartlarını və keyfiyyətini audit edir və təsdiqləyir. QAA Böyük Britaniya ali təhsilinin reputasiyasının qorunmasındakı rolundan əlavə, ali təhsil müəssisələrinin Böyük Britaniya "Ali Təhsil Diplomuna Giriş" – ini də tənzimləyir.

Xəbər lenti