Logo

BDU-da "Şuşa həftəsi" çərçivəsində “Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası nümayiş etdirilib

19.05.2022 11:07 330 baxış
IMG

Şuşa Dövlət Musiqili Dram Teatrı Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Şuşa həftəsi" layihəsi çərçivəsində M. F. Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşasını nümayiş etdirib.

Tehsil.biz xəbər verir ki, tamaşadan əvvəl BDU THİK sədri Hacıbaba Mustafayev layihənin məqsədi barədə tələbələrə ətraflı məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan olunub. Bununla əlaqədar BDU-da da çoxsaylı tədbirlər həyata keçirilir. Onlardan biri də tələbələr arasında qiraət və rəsm müsabiqələrinin keçirilməsini nəzərdə tutan “Şuşa həftəsi” layihəsidir. THİK sədri müsabiqə qaliblərinin yaxın günlərdə açıqlanacağını bildirib. Eyni zamanda müsabiqə iştirakçılarının əksəriyyətinin xarici tələbələr olduğunu vurğulayıb.

Daha sonra tamaşanın nümayişinə başlanılıb.

Tamaşada rolları Əməkdar artistlər Azad Məmmədov, Şükufə Musayeva, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Nazir Rüstəmov və başqaları ifa edib. Tamaşa tələbələr tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulub.

Xəbər lenti