Logo

Paytaxtın 6 rayonu üzrə seminar-görüşlər keçirilib - FOTOLAR

19.05.2022 11:30 305 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəb direktorları üçün keçirilən seminar-görüşlər paytaxtın Binəqədi, Nərimanov, Nəsimi, Xətai, Nizami və Suraxanı rayonlarını əhatə edib.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda keçirilən seminar-görüşlərdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, sektor müdirləri Fuad Babayev, Anar Mustafazadə, Səccət Mahmudov, Sevinc Rəsulova və Bəşarət Məmmədov fəaliyyətin təşkili, illik hesabatların hazırlanma mexanizmləri və məktəbdaxili qiymətləndirmə, xüsusi hallar, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili, vətəndaş məmnunluğu, kargüzarlıq və sənədlərlə iş, ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid informasiya mübadiləsinin təmin olunması mövzularında təqdimatlarla çıxış ediblər.

Seminar-görüşlərdə həmçinin təhsilə göstərilən diqqət və qayğı, təhsil sahəsində aparılan islahatlar, valideyn-məktəb münasibətləri, məktəbdənkənar tədbirlər, elektron informasiya mübadiləsi və digər bu kimi məsələlərlə bağlı söhbət açılıb.

Daha sonra məktəb direktorları ilə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti